Türkiyədə hava şarında qəza - 18 nəfər yaralandı
Bizi izləyin

Dünya

Türkiyədə hava şarında qəza - 18 nəfər yaralandı

Türkiyənin turizm bölgəsi olan Kapadokiyada hava şarının düşməsi nəticəsində 18 nəfər yaralanıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı hava şarında 20 nəfər turist olub. Amma onlardan 18 nəfəri xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Turistlərin 14 nəfərinin Çin, 2 nəfərinin ABŞ, 1 nəfərinin Braziliya, 2 nəfərinin isə Yunanıstan vətəndaşı olduğu müəyyənləşib.

Yaralananların həyatı üçün təhlükənin olmadığı xəbər verilir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm