İsrail baş naziri Ərdoğandan üzr istədi - 3 il sonra
Bizi izləyin

Dünya

İsrail baş naziri Ərdoğandan üzr istədi - 3 il sonra

İsrailin ABŞ-dakı sabiq səfiri Mixael Orenin xatirələrini qələmə aldığı "Müttəfiq" adlı kitabında ölkəsinin baş naziri Benyamin Netanyahunun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan 2010-cu ildə “Azadlıq donanması”na (“Mavi Mərmərə”) silahlı hücum nəticəsində 9 Türkiyə vətəndaşının ölümünə görə rəsmi şəkildə üzr istədiyini qeyd edib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, sabiq səfir qeyd edir ki, həmin dövrdə ABŞ-ın dövlət katibi olmuş Hillari Klinton prezident Barak Obamanın adından "Mavi Mərmərə" hadisəsinə görə İsrail rəhbərliyinə narahatçılığını çatdırıb.

Kitabda qeyd olunur ki, Barak Obama İsrail rəhbərliyindən baş vermiş hadisəyə görə Türkiyədən üzr istəməsini istəyib. Bundan sonra isə İsrailin baş naziri Benyamin Netanyahu 2013-cü ilin martında türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğandan üzr istəyib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm