Erməni qız polis papağına tüpürdü
Bizi izləyin

Dünya

Erməni qız polis papağına tüpürdü

Ermənistanda elektrik enerjisinin tariflərinin qaldırılmasına etiraz olaraq keçirilən nümayişlərdə maraqlı hadisə baş verib.

Axar.az xəbər verir ki, İrəvan Baş Polis İdarəsinin rəis müavini Valeri Osipyan nümayişçilərdən dağılışmağı tələb edib.

Lakin bu zaman gənc bir qız rəis müavininə yaxınlaşaraq, onun papağını başından götürüb və içinə tüpürdükdən sonra geri qaytarıb.

Qız bu hərəkətindən sonra nümayişçilər tərəfindən qəhrəman adlandırılıb.

Qeyd edək ki, Osipyan ölkədə baş verən bütün mitinqləri amansızlıqla yatırması ilə məşhurdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm