İŞİD Küveytdə məscidi partlatdı, onlarla ölən var - VİDEO/FOTOLAR
Bizi izləyin

Dünya

İŞİD Küveytdə məscidi partlatdı, onlarla ölən var - VİDEO/FOTOLAR

Kuveytin paytaxtında şiələrə bağlı olan məscid cümə namazı vaxtı bombalı hücuma məruz qalıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Əl-Sadiq məscidində törədilən bombalı hücumun 30 yaşlı bir kamikadze tərəfindən törədildiyi bəlli olub.

Partlayış zamanı məsciddə 2 min nəfər olub. İlkin məlumata görə, onlardan 13 nəfəri həlak olub, 15 nəfəri isə yaralanıb.

Terror aktı ilə bağlı məsuliyyəti İŞİD öz üzərinə götürüb.

Xatırladaq ki, ötən ay Səüdiyyə Ərəbistanında yerləşən 2 şiə məscidində İŞİD tərəfindən törədilmiş partlayış zamanı ümumilikdə 24 nəfər həlak olmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm