• USD 1,7022 0,00% EUR 1,8242 0,00%
    • GBP 2,1781 0,00% RUB 0,0303 0,00%

Putinə sərt xəbərdarlıq: “Rusiya odla oynayır!”

  • Dünya
  • 27 İyun 2015 02:55
  • 614 Baxış
Putinə sərt xəbərdarlıq: “Rusiya odla oynayır!”

ABŞ Konqresinin Nümayəndələr Palatasının silahlı xidmətlər üzrə alt komitəsində ölkənin nüvə strategiyası ilə bağlı iclas keçirilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, islasda danışan ABŞ müdafiə nazirinin müavini Robert Vork Rusiyanın ünvanına Vaşinqtonun mesajlarını göndərib.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) ikinci adamı bildirib ki, Rusiya regional anlaşılmazlıqlarda nüvə silahından istifadə edəcəyi barədə təhdidlər səsləndirməkləodla oynayır. Onun sözlərinə görə, Rusiya vəziyyətə nüvə silahından istifadə edərək nəzarət edə biləcəyini düşünür. Pentaqonun rəsmisi qeyd edib ki, nüvə silahından istifadə gərginliyi pik nöqtəsinə çıxaracaq.

“Moskva nüvə silahlarından istifadə edəcəyi barədə açıqlama verərkən ABŞ-a və müttəfiqlərinə gözdağı vermək istəyir. Ancaq Moskav müvəffəqiyyətsizliyə uğrayıb, bu bəyanatlar NATO-da həmrəyliyi daha da gücləndirdi”, - Robert Vork deyib.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR