• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

AKP TBMM-nin sədrliyinə namizədini açıqladı

  • Dünya
  • 27 İyun 2015 07:12
  • 346 Baxış
AKP TBMM-nin sədrliyinə namizədini açıqladı

Cümhuriyyət Xalq Partiyası (CHP), Xalqların Demokratik Partiyası (HDP) və Milliyyətçi Hərəkat Partiyasndan sonra Ədalət və İnkişaf Partiyasının da Türkiyə Böyük Millət Məclisinə (TBMM) sədrliyinə namizədinin adı məlum olub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, AKP-nin sədri, baş nazir Əhməd Davudoğlu partiyanın namizədini açıqlayıb.

AKP-nin TBMM-nin sədrliyinə namizədi Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz olub. Yılmaz namizədliyinin qeydə alınması üçün ərizəni TBMM-yə təqdim edib.

Qeyd edək ki, Dəniz Baykal CHP, Dengir Mir Mehmet Firat HDP, Ekmeleddin İhsanoğlu isə MHP-nin namizədidir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR