İrəvanda “zibil böhranı”: “Zibildaşıyanı özünüz işə götürün”
Bizi izləyin

Dünya

İrəvanda “zibil böhranı”: “Zibildaşıyanı özünüz işə götürün”

Elektrik enerjisinin tariflərinin artımına qarşı etiraz aksiyasının keçirildiyi İrəvanın Baqramyan prospektində zibil böhranı yaranıb.

Publika.az “news.am” saytına istinadən xəbər verir ki, polis aksiyanın keçirildiyi ərazidə toplanan zibili aparmaq üçün zibildaşıyan maşınlara əraziyə daxil olmasına icazə vermir.

İrəvan polisinin rəis müavini Valeri Osipyan aksiya iştirakçılarına bildirib ki, onlar zibildaşıyanları işə götürməlidir. Zibillərin daşınması ilə məşğul olan xidmətlə əlaqə saxlayan Osipyan əlavə edib ki, nümayişçilər zibilləri yaxınlıqdakı zibil qutularına atdığı üçün vətəndaşların əksəriyyəti bundan narahatlığını bildiriblər.

Aksiyaçılar bildiriblər ki, zibildaşıyanı işə götürə bilərlər, amma polis əraziyə gələn maşının cərimə edilməyəcəyinə dair zəmanət verməlidir. Osipyan cavab verib ki, maşın aksiyanın keçirildiyi əraziyə daxil ola bilməyəcək, yalnız ərazinin 100-150 metr məsafəsinə qədər yaxınlaşa bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm