MHP Türkiyənin koalisiya formulunu açıqladı
Bizi izləyin

Dünya

MHP Türkiyənin koalisiya formulunu açıqladı

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı partiyasının koalisiya hökumətinin qurulması prosesindən kənarda qalacağı barədə siqnal verib.

Publika.az xəbər verir ki, “Cümhuriyyət” nəşrinə danışan MHP sədri fikrində tutduğu koalisiya formulunu açıqlayıb.

Onun sözlərinə görə, bu, Xalqların Demokratik Partiyasının (HDP) dəstəkləyəcəyi Ədalət və İnkişaf Partiyası (AKP) ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) koalisiyası ola bilər.

“AKP-nin tək dostu Türkiyəni parçalamaq istəyən qüvvələrlə birlikdə hərəkət edən qüvvədir. AKP və HDP bir araya gəlsə, 338 millət vəkili edir. AKP-CHP-HDP koalisiyasını düşünsək, bu 470 millət vəkili deməkdir. Dünya tarixində bu qədər güclü bir iqtidar qurula bilməz”, - Bağçalı bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm