Azərbaycanlı bəstəkar Türkmənistan prezidentinin şərəfinə əsər yazıb
Bizi izləyin

Dünya

Azərbaycanlı bəstəkar Türkmənistan prezidentinin şərəfinə əsər yazıb

Türkmənistanda “Türk dünyası müasir klassik musiqisinin şah əsərləri” adlı konsert keçirilib.

Publika.az Türkmənistan mediasına istinadən xəbər verir ki, konsert Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Türkmənistan Mədəniyyət Nazirliyi tərəfindən birgə təşkil edilib.

Türkmənistanın Marı şəhərində keçirilmiş konsertə bir çox mədəniyyət və incəsənət xadimləri ilə yanaşı rəsmi şəxslər - Türkmənistanın baş nazirinin müavini Maisə Yazmuhammedova, parlament sədri Ağca Nurberdıyeva, Türkmənistanın mədəniyyəti naziri Anaqeldı Qaradjayev, TÜRKSOY-un baş katibi Düsen Kaseyinov və türkmən nazirlər qatılıb.

Konsertin proqramı türk dünyasının bəstəkarlarının əsərləri daxil edilib. Onlardan bir çoxu ilk dəfə Türkmənistanın simfonik orkestri tərəfindən ifa edilib. Məlumata görə, konsertdə səslənən əsərlər arasında Azərbaycan bəstəkarı, əməkdar incəsənət xadimi Rauf Əliyevin Türkmənistan prezidentin Qurbanqulu Berdıməhəmmədova ithaf olunmuş “Türkmənnamə” adlı kantatası da olub. Türkmənistan KİV-inin yazdığına görə, “Türkmənnamə” konsertin bəzəyi olub.

“Mən çox şadam ki, TÜRKSOY və Türkmənistanın Mədəniyyət Nazirliyi belə bir konserti təşkil edib. Mənim “Türkmənnamə” əsərim Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədova həsr edilib. Mən bu əsərimlə türkmən xalqının Arxadağı, müdrik və istedadlı insan olan böyük Qurbanqulu Berdıməhəmmədova dərin hörmət və heyranlığımı ifadə etmək istəmişəm”, - azərbaycanlı bəstəkar bildirib.

Tədbirin sonunda TÜRKSOY-un baş katibi və Türkmənistanın mədəniyyəti naziri bəstəkarlara mükafatlar və qiymətli hədiyyələr təqdim edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm