Kürdlər Kobanini geri qaytardı
Bizi izləyin

Dünya

Kürdlər Kobanini geri qaytardı

PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı (YPG) Suriyanın Kobani şəhəri üzərində nəzarəti tamamilə təmin edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Təşkilatından bildirilir.

Təşkilat İŞİD silahlılarının Kobanidən tamamilə çıxarıldığını açıqlayıb.

Xatırladaq ki, İŞİD terror təşkilatının təxminən 50 üzvü iyunun 25-də səhər saatlarında partlayıcı maddələrin olduğu avtomobillərlə Kobaniyə hücum edib. Kobaniya sızmağı bacaran İŞİD silahlıları ilə YPG gücləri arasında şəhərin mərkəzində şiddətli döyüşlər olub. Döyüş nəticəsində yüzlərlə adam ölüb. Ölənlər arasında mülki şəxslər də var.

İŞİD silahlılarının Kobaniyə kürd güclərin istifadə etdiyi geyimdən istifadə edərək sızdığı, həmçinin saqqallarını qırxdığı deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm