Poroşenko ikinci məmuru da Saakaşviliyə qurban verdi - VİDEO
Bizi izləyin

Dünya

Poroşenko ikinci məmuru da Saakaşviliyə qurban verdi - VİDEO

Ukrayna prezidenti Pyotr Poroşenko Dövlət Aviasiya Xidmətinin rəisi Denis Antonyuku barəsində istintaq müddəti başa çatanadək tutduğu vəzifədən uzaqlaşdırıb.

Publika.az “obozrevatel.com” saytına istinadən xəbər verir ki, bu barədə Poroşenko Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili və infrastruktur naziri Andrey Pivovarski ilə görüşdən sonra “Facebook”dakı səhifəsində yazıb.

“Dövlət Aviasiya Xidmətinin rəisi Denis Antonyuk barəsində araşdırma aparılacaq. Araşdırma başa çatana kimi o, tutduğu vəzifəsindən kənarlaşdırılacaq”, - Ukrayna prezidenti qeyd edib.

Mixail Saakaşvili “Facebook”da yazdığı şərhində dövlət başçısının qərarından razı qaldığını bildirib: “Prezident Poroşenko yenə sübut etdi ki, sürətli və kəskin qərarlar qəbul edən azsaylı dünya liderlərindən biridir. Mən həmçinin bu təşəbbüsə görə infrastruktur nazirinə təşəkkür edirəm ki, biz nəhayət Odessa üçün “açıq səma” rejimini sındıra bildik. Ümid edirəm ki, müəyyən vaxtdan sonra bu qərarların müsbət nəticələrini bütün vətəndaşlar hiss edəcəklər. Düşünürəm ki, prezidentin qərarı şəxsi maraqlara xidmət edən bütün məmurlara dəqiq siqnaldır”.

Qeyd edək ki, dünən Ukraynanın İnfrastruktur Nazirliyində keçirilən mətbuat konfransında Mixail Saakaşvili ilə Denis Antonyuk arasında mübahisə olub. Saakaşvili Dövlət Aviasiya Xidmətinin rəisini konkret şəxslərdən pul almaqda və oliqarxların maraqlarına işləməkdə ittiham edib. Saakaşvili Odessa-İstanbul marşrutu üzrə uçan sərnişinlər üçün real alternativlərin olmamasından qəzəblənib. Qubernator bu marşrutun keçmiş qubernator İqor Kolomoyskinin rəhbəri olduğu “Ukraynanın Beynəlxalq Hava Yolları” şirkətinə verilməsini nümunə kimi göstərib. “Məni lazımdır ki, insanlar İstanbula və geri daha ucuz uçsunlar. Bu istiqamətdə bir şirkət bütün reysləri alır və nəticədə insanlar daha ucuz uça bilmirlər”, - Odessanın qubernatoru bildirib.

Qarşı tərəf isə Saakaşvilinin bu sözlərini boşboğazlıq adlandırıb.

Qeyd edək ki, Denis Antonyuk Saakaşvili ilə qarşıdurmadan sonra postunu itirməli olan ikinci məmurdur. Bundan əvvəl Ukraynanın İvano-Frankovski vilayətinin prokuroru İqor Nastasyak istefaya göndərilib.

İqor Nastasyakın istefaya göndərilməsinin Odessa vilayətinin qubernatoru, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ilə bağlılığının olduğu ehtimal edilir. Keçmiş prokuror daha əvvəl Saakaşvilini tənqid edib. “Qubernator özü ilə vilayətə milis rəisi gətirir. O, Ukrayna dilində heç bir söz, ümumiyyətlə qanunvericiliyin heç bir normasını bilmir. Bilmirəm, o, necə işləyəcək”, - Nastasyak bildirib.

O, həmçinin lovğalanıb ki, İvano-Frankovski vilayətinin qubernatoru önəmli bir addım atmazdan əvvəl ona zəng edir və məsləhətləşir. Saakaşvili isə ona cavab verib ki, Ukraynada post-maydan hissləri yaşanır və qubernatorlar prokurorla deyil, xalqla məsləhətləşməlidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm