80 məscid bağlanacaq
Bizi izləyin

Dünya

80 məscid bağlanacaq

Dövlətin nəzarətində olmayan təxminən 80 məscid bağlanacaq.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu Tunisin baş naziri Habib Assid bəyan edib. Onun fikrincə, bu məscidlər zorakılığa fitva verməklə məşğul olurlar.

İyunun 26-da Tunisdə «Imperial Marhaba» hotelinə hücum zamanı 39 adam öldürülüb, onların əksəriyyəti Avropadan olub. Onlarla insan yaralanıb. Yaraqlı çimərlikdə olan insanlara nizamsız şəkildə atəş açıb. Hücumçu polis tərəfindən öldürülüb.

Olanlara görə məsuliyyəti «İslam dövləti» üzərinə götürüb.

Bu ilin martında Tunisin paytaxtı Bardo muzeyinə hücum zamanı 22 nəfər ölmüşdü. O zaman da qətlə yetirilənlərin çoxu əcnəbiləri idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm