Başla ayaq oynadanların məşhur kəlamları
Bizi izləyin

Dünya

Başla ayaq oynadanların məşhur kəlamları

Georgi Hagi : Komandası məğlub olduqdan sonra ağlaya bilməyən futbolçu, ulduz ola bilməz.

Mario Balotelli : İldə deyil 50, 150 qol vuracağımı da bilsəm “Barselona” da forma geyinmərəm

Kərim Benzema: Kasıb bir aliədən gəlmişəm. Uşaqlığımdan bəri xəyalım futbolçu olmaq idi. Buraya gəlməmdə ən böyük ünsür Allaha etdiyim dualar idi.

Serxio Ramos : Futbol oynadığın anda, Messidən topu almaq asandı nəyinki İniestadan.

Gerrard Pique : Bəli. Mourinyo dünyanın ən yaxşısı ancaq futbolda deyil təbbii ki, boşboğazlıq etməkdə.

Alex De Souza : O vaxt prezidentə deyin ki, bu komandaya at alsın, onu qaçdırsın.

Hazırda “Monako” klubunun baş məşqçisi olan Claudio Ranieri : Adrianonun qarşısını almaq üçün tək yol stadionun işıqlarını söndürməkdir.

Cristiano Ronaldo : Oyundan sonra hər kəs tər qoxarkən Devid Beckhanın üstündən ətir iyi gəlirdi.

Fatih Terim : Türkiyədə canlar gedərkən, hadislələr olarkən, içim yanarkən üzr istəyirəm amma futboldan danışa bilmərəm.

Hristo Stoichkov : Mənim qarşımı almaq üçün tapançaya ehtiyac olduğu halda, Lionel Messinin qarşısını almaq üçün isə avtomata ehtiyac var.

Erdoğan Arıca : Qapıda gördüyümüz qolu oyundan əvvəl məşq etmişdik.

Mario Balotelli : Hakim formamı çıxardığım üçün deyil, bədənimi qısqandığı üçün mənə sarı kart göstərər.

Serxio Ramos : Mourinyo jurnalistlərə ağıl verməkdənsə bizə futbol taktikaları öyrətsə idi daha uğurlu ola bilərdik.

Hagi : Əsla siz qaçmayın. Topu qaçdırın. Çünki, top yorulmaz.

Hazırladı : Oğuz Ayvaz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm