Fransada hücum: polis şübhəli şəxsi dindirir
Bizi izləyin

Dünya

Fransada hücum: polis şübhəli şəxsi dindirir

Fransanın Lion şəhəri yaxınlığındakı zavoda hücum etməkdə şübhəli bilinən şəxsin dindirilməsi davam edir.

Publika.az xəbər verir ki, bu barədə Fransa polisi açqılama verib.

Polisin məlumatına görə, hücumdan sonra bir nəfər başı kəsilmiş halda tapılıb. 35 yaşlı Yassin Salhi avtomobilini alışqan mayelərin olduğu yerə çırparaq partlayışa səbəb olub.

Prezident Francois Hollande nazirlərlə təhlükəsizlik toplantısı keçirib. Yassin Salhi əvvəllər də, islamçı silahlılarla iddia edilən əlaqələrinə görə, istintaqa cəlb olunub.

Fransa, Lion şəhəri yaxınlığnda baş vermiş bu hücuma görə yüksək hərbi hazırlıq vəziyyətindədir.

null

Antiterror polisi üç uşaq atası olan Salhinin evinidə axtarış aparıb. Polis onun arvadını, bacısını və digər bir şəxsi də həbs edib.

Daxili işlə naziri Cazeneuve bildirib ki, Salhi doqquz il bundan öncə də, radikallaşmaya və ultra-mühafizəkar Sələfi hərəkatı ilə əlaqələrinə görə, istintaqa cəlb edilib.

Salhi idarə etdiyi avtomobili cümə günü səhər saatlarında “Air Products” zavoduna çırpıb.

Daha sonra isə polis və yanğınsöndürənlər ərazidə əzilmiş maşın və kimyavi maddələrin olduğu kanistrləri yandırmağa çalışan şəxsi aşkar ediblər. O, hadisə yerində həbs edilib. Salhinin müdiri, 54 yaşlı şəxs hadisə yerində başı kəsilmiş halda tapılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm