Kərzai ABŞ-ın əvəzinə Rusiya və Çini istəyir
Bizi izləyin

Dünya

Kərzai ABŞ-ın əvəzinə Rusiya və Çini istəyir

Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzai Moskva səfərində Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov tərəfindən qəbul edilib.

Publika.az RİA agentliyinə istinadən xəbər verir ki, görüşlərdən sonra mətbuat konfransı təşkil edən Kərzai ABŞ-ın Əfqanıstandakı roluna qarşı çıxıb.

Keçmiş prezidenti ABŞ-ı Əfqanıstanda Çin, Rusiya və Hindistanın əvəz etməli olduğunu bildirib. “ABŞ bizdən uzaqdır və hər şeydən əvvəl ən yaxın qonşularımızla əlaqələri gücləndirmək lazımdır”, - o, deyib.

Məlumata görə, Çin, Rusiya və Hindistanın Əfqanıstana yardım mövzusu Şanxay Əməkdaşlıq Təşkilatının Rusiyanın Ufa şəhərində 8-10 iyul tarixlərində keçiriləcək sammitində müzakirə ediləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm