• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

ABŞ-da “selfie çubuğu” qadağan edildi

  • Dünya
  • 28 İyun 2015 07:46
  • 493 Baxış
ABŞ-da “selfie çubuğu” qadağan edildi

ABŞ-ın bəzi turist məkanlarında “selfie çubuğu”ndan istifadə qadağan edilib.

Publika.az xarici mediaya istinadən xəbər ki, qadağa təhlükəsizlik tədbirləri ilə izah edilir.

“Selfie çubuğu”ndan Nyu-York Müasir İncəsənət Muzeyi (The Musam of Müasir Art), Los-Anceles Getty Mərkəzi (The Getty Center), Vaşinton Hirşhorn Muzeyi və Heykəl Bağçası kimi bəzi muzeylərdə istifadənin sənət əsərləri və ziyarətçilərin təhlükəsizliyi üçün təhlükə yaratdığı bildirilir. Muzeylərlə yanaşı, futbol meydanlarında da “selfie çubuğu”ndan istifadə qadağan edilib.

Ötən il Cənubi Koreyada “selfie çubuğu”nun lisenziyasız satışı qadağan edilib. Qadağanı pozanları 27 min dollar cərimə, yaxud da 3 il həbs cəzası gözləyir.

Araşdırmalara görə, dünyada hər gün bir milyondan çox “selfie” çəkilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR