Marixuana həvəskarları üçün yay düşərgəsi
Bizi izləyin

Dünya

Marixuana həvəskarları üçün yay düşərgəsi

ABŞ-ın Kolorado ştatında marixuana həvəskarları üçün iyul ayında “CannaCamp” yay düşərgəsi açılacaq.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, düşərgənin ziyarətçiləri “marixuana kulinariyası”nın xidmətlərindən istifadə edəcəklər.

Onlar həmçinin masaj kursunu keçəcək, “kannabis-yoqa” ilə məşğul olacaq və bədii emalatxanada özlərinin yaradıcılıq qabiliyyətlərini göstərə biləcəklər. Yay düşərgəsini təşkil edən şirkətin baş direktoru Coel Şneyder qeyd edib ki, bütün qonaqların təhlükəsizliyi yüksək səviyyədə təmin ediləcək və onlar təklif edilən xidmətlərdən həzz almağı bacaracaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm