• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Xalq banklara hücum etdi - FOTOLAR

  • Dünya
  • 28 İyun 2015 00:16
  • 854 Baxış
Xalq banklara hücum etdi - FOTOLAR

Yunanıstanın Avropa Birliyi ilə danışıqların nəticəsiz qalmasından sonra Afinanın qəbul etdiyi referendum qərarı ölkədə xaosa səbəb olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, həftələrdir banklardakı pulunu çəkən yunanlar referendum qərarından sonra bankomatların qarşısında uzun növbələr yaradıb.

Bir çox bankomatlarda pul çatışmazlığı yaranıb. Uzunmüddətli növbəyə dözə bilməyənlər arasında huşunu itirənlər də var.

Avropa Mərkəzi Bankının (ECB) məlumatlarına görə, yunan banklarındakı nağd pulun məbləği son 11 ilin ən aşağı səviyyəsinə enib. Belə ki, may ayında yunan banklarındakı nağd pulun məbləği əvvəlki ayla müqayisədə 3,7 milyard avro azalaraq 135,7 milyard avro təşkil edib.

Qeyd edək ki, yunan hökuməti kreditorların Yunanıstana nağd pul axınının bərpa edilməsi müqabilində irəli sürdüyü şərtləri xalqın səsverməsinə təqdim etmək qərarı verib. Səsvermə iyulun 5-də keçiriləcək.

Yunanıstan baş naziri Aleksis Çipras iyunun 26-da axşam saatlarında baş nazirin iqamətgahında keçirilən və təxminən 5 saat davam edən Nazirlər Kabineti toplantısından sonra televiziyadan xalqa müraciət edib. Çipras canlı yayımda şərtlərin referenduma təqdim etmək qərarına gəldiklərini açıqlayıb.

Kreditorların irəli sürdüyü şərtlərin sonu gəlməyən qənaət siyasətini qəbul etmək anlamına gəldiyini deyən Çipras, buna baxmayaraq, referendumun nəticələrinə riayət edəcəyini bildirib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR