Dünya
ABŞ “Manas”da fəaliyyətini dayandırdı
ABŞ-ın Bişkekin “Manas” aeroportundakı Tranzit Daşımaları Mərkəzi fəaliyyətini dayandırıb.
Amerika Birləşmiş Ştatlarının Bişkekin “Manas” Beynəlxalq aeroportunda məskunlaşmış Tranzit Daşımaları Mərkəzi (TDM) missiyasını başa çatdırıb.
Bunu mərkəzin rəhbəri Con Millard Bişkekdə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, “Manas” aeroportunda məskunlaşmış TDM-in Əfqanıstana göndərilməsi və bu ölkədən hərbçilərin çıxarılması missiyası başa çatıb. TDM-in artıq 250-dən artıq çadırı sökülüb, ərazi səliqəyə salınıb. TDM-in daşınmaz əmlakı-əsgərlərin yaşadığı 20 yataqxana binası mebel və digər əşyalarla birlikdə Qırğızıstan tərəfinə keçəcək. Nəqliyyat və avadanlıq, yeni yanğınsöndürmə stansiyası, idman salonu, altı anbar binası və yeməkxana da bu ölkəyə təhvil veriləcək.
Xatırladırıq ki, ötən ilin yayında Qırğızıstan parlamenti - Joqorku Keneş Qırğızıstan hökuməti ilə ABŞ arasında “Manas” Beynəlxalq aeroportundakı TDM-ə dair imzalanmış sazişin ləğv olunması haqqında qanun layihəsini təsdiq etmiş, Prezident Almazbek Atambayev sənədi imzalamışdı. /AzərTac/
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası
-
Hadisə11:46
Ağdərədə qumbaraatan tapıldı - FOTO
-
İdman11:06
"Qarabağ"ın futbolçusu Fransa klubu ilə anlaşdı - FOTOFAKT