Məscidi partladan şəxs Səudiyyə Ərəbistanı vətəndaşı olub
Bizi izləyin

Dünya

Məscidi partladan şəxs Səudiyyə Ərəbistanı vətəndaşı olub

Küveytdəki şiə məsçidində partlayış törətmiş intiharçı Səüdiyyə Ərəbistanı vətəndaşı olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Küveyt Daxili İşlər Nazirliyi bildirib. DİN-in saytında həmin şəxsin fotosu da dərc edilib. Məlumata görə, hücumu həyata keçirmiş şəxsin adı Fəhd Süleyman Əbdul Möhsen əl-Kəbbəə olub.

O, Küveytə partlayışdan bir neçə saat əvvəl təyyarə ilə gəlib. İntiharçını məsçidə gətirmiş avtomobilin sahibi saxlanılıb.

Qeyd edək ki, İmam Sadiq məscidində baş vermiş partlayış nəticəsində azı 27 nəfər həlak olub.

"İslam Dövləti" ilə (İD) əlaqəli bir dəstə bu hücuma görə məsuliyyəti üzərinə götürüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm