Rəisinin kəsilmiş başı ilə selfi çəkdirib
Bizi izləyin

Dünya

Rəisinin kəsilmiş başı ilə selfi çəkdirib

Lion şəhəri yaxınlığında mayeləşdirilmiş qaz zavoduna hücumda şübhəli bilinən şəxs rəisnin kəsilmiş başı ilə selfie çəkdirib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə Fransa rəsmiləri məlumat yayıb.

35 yaşlı Yassin Salhi kəsilmiş baş fonunda çəkdirdiyi selfini WhatsApp şəbəkəsi vasitəsilə Kanadada qeydə alınmış nömrəyə göndərib.

Hazırda həmin nömrə sahibinin kimliyi müəyyənləşdirilir.

Həmin adamın hazırda Suriyada olduğu ehtimal olunur. Amma polis bunu təsdiq etməyib.

Qeyd edək ki, nəqliyyat şirkətinin əməkdaşı xidməti avtomobildə Fransanın Lion şəhəri yaxınlığındakı qaz zavodunun ərazisinə daxil olaraq maşınını küçədə düzülmüş qaz ballonlarına çırpıb. Hadisə baş verən zaman zavod əməkdaşlarından heç kim zərər çəkməyib.

Zavod ərazisində Yassin Salhinin işlədiyi nəqliyyat şirkətinin rəisinin başı bədənindən ayrılmış cəsədi aşkar olunub. Rəisin harada qətlə yetirildiyi bilinmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm