Başbuğdan sərt mesaj: "Bütün generallar azad olunmalıdır"
Bizi izləyin

Dünya

Başbuğdan sərt mesaj: "Bütün generallar azad olunmalıdır"

Axşam saatlarında həbsxanadan azad edilən Türkiyə Silahlı Qüvvələrinin sabiq baş qərargah rəisi İlker Başbuğ ilk açıqlamasını verib.

Axşam saatlarında həbsxanadan azad edilən Türkiyə Silahlı Qüvvələrinin sabiq baş qərargah rəisi İlker Başbuğ ilk açıqlamasını verib.

Başbuğ onu həbsə atanlara qarşı düşmənçilik etməyəcyini bildirib: "Bizi həbsxanada 26 ay nifrət və intiqam duyğuları hərəkət edənlər saxladı. Mənim 26 ay həyatımdan oğurladılar. Uca Türk millətinə ən dərin minnətdarlığımı bildirirəm. Bu gün mənim sərbəst buraxılmağım bir başlanğıc idi. Mənim kimi günahsız olan yoldaşlarım da ən qısa zamanda azadlıqlarına qovuşmalıdır. Bu reallaşmazsa, mən də sərbəst qalmaram. Azadlığımızın heç bir əhəmiyyəti və mənası olmaz. Onlar hamısı günahsızdır. Ayrıca, bu gün mənim azad olunmağımın səbəbləri onların hamısı üçün keçərli olmalıdır. 26 ay həbsdə qalsam da, içimdə nifrət və intiqam duyğuları daşımıram. Çünki bunu bizə edənlər əslində özlərini də bir fəlakətə sürükləyir. Nifrəti, sevgi alt-üst edər. Biz elə yetişdik. İçimiz sevgi ilə doludur". /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm