Ermənistan polisi barrikadanı dağıtmağa hazırlaşır
Bizi izləyin

Dünya

Ermənistan polisi barrikadanı dağıtmağa hazırlaşır

Ermənistan polisi nümayişçilərin barrikada kimi istifadə etdiyi zibil qutularını Baqramyan prospektindən götürməyə hazırlaşır.

Publika.az “news.am” saytına istinadən xəbər verir ki, bu barədə polis polkovniki Arsen Ayvazyan jurnalistlərə deyib.

Onun sözlərinə görə, zibil qutularının götürülməsi barədə qərar “Sanitek” təmizlik şirkətinin bəyanatı əsasında qəbul edilib. “Şirkətdən bildirilib ki, onun əmlakı qanunsuz mənimsənilib”, - Ayvazyan bildirib.

Onun bu açıqlaması nümayişçilər tərəfindən sərt qarşılanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm