Rusiya İŞİD-i məhv etməyin yolunu göstərdi
Bizi izləyin

Dünya

Rusiya İŞİD-i məhv etməyin yolunu göstərdi

Publika.az RİA agentliyinə istinadən xəbər verir ki, Rusiya prezidentinin xarici əlaqələr üzrə məsləhətçisi Yuri Uşakov koalisiya güclərinin İŞİD-lə daha təsirli mübarizə aparması üçün Dəməşqlə əməkdaşlığın əsas şərt olduğunu söyləyib.

O, bölgədə siyasi və hərbi təşəbbüsü ələ keçirən İŞİD-in Şimali Əfqanıstan, Liviya, Mərkəzi Asiya və Şimali Qafqazda da fəaliyyətini gücləndirdiyini deyib.

“ABŞ-ın liderlik etdiyi koalisiya gücləri hava hücumları ilə uğur qazana bilmir. İŞİD-lə mübarizədə uğur qazanmaq üçün Suriya hökuməti və Səudiyyə Ərəbistanı kimi ölkələr arasında birbaşa ünsiyyət qurulmalıdır. Təhlükənin miqyası getdikcə artır. İŞİD-ə qarşı mübarizə məsələsində anlaşılmazlıqlar bir kənara qoyulmalı, Suriya terrorçu qruplardan təmizləndikdən və hökumətin nəzarəti təmin edildikdən sonra parlament seçkiləri keçirilməlidir”, - Rusiya prezidenti Vladimir Putinin məsləhətçisi bildirib.

Uşakov beynəlxalq müşahidəçilərin nəzarətində keçiriləcək seçkilərə Rusiyanın hər cür dəstək verməyə hazır olduğunu vurğulayıb: “Suriyada İŞİD-ə qarşı mübarizədə gerçək və təsirli güc Suriya rəhbərliyidir. Ümid edirik ki, bu gerçəklik beynəlxalq partnyorlarımız tərəfindən də qəbul ediləcək”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm