Türkiyə qırıcılarını hazırlıq vəziyyətinə gətirdi
Bizi izləyin

Dünya

Türkiyə qırıcılarını hazırlıq vəziyyətinə gətirdi

Suriyanın şimalında baş verənləri diqqətlə izləyən Türkiyə Silahlı Qüvvələri bölgəyə yaxın bütün qoşun birləşmələrini hazırlıq vəziyyətinə gətirib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Baş qərargahdan bütün qoşun birləşmələrinə “hazır olun!” təlimatı verilib.

Hərbi mənbələrin məlumatına görə, “F-16” qırıcıları bütün hazırlıqlarını tamamlayaraq döyüş əmrini gözləyirlər.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 15:00-da Türkiyə Milli Təhlükəsizlik Şurasının toplantısı keçiriləcək. Toplantıda Suriyaya hərbi müdaxilə ilə bağlı qərarın veriləcəyi gözlənilir.

50 min hərbçi Türkiyə-Suriya sərhədinə cəmlənib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm