Çeçenistan parlamentinin sədri öldü
Bizi izləyin

Dünya

Çeçenistan parlamentinin sədri öldü

Çeçenistan Respublikası parlamentinin sədri Dukvaxa Abdurahmanov 59 yaşında dünyasını dəyişib.

Publika.az RİA agentliyinə istinadən xəbər verir ki, bu barədə parlamentin mətbuat xidmətindən bildirilib.

Agentliyin həmsöhbətinin sözlərinə görə, spiker uzunsürən xəstəlikdən sonra bu gün səhər saatlarında ölüb.

Dukvaxa Abdurahmanov 2000-2005-ci illərdə Çeçenistan baş nazirin müavini və kənd təsərrüfatı naziri postlarını tutub. 2005-2008-ci illərdə Xalq Məclisinin (parlamentin aşağı palatası) başçısı olan Abdurahmanov 2008-ci ildən parlamentin sədri vəzifəsini tuturdu.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm