Şimali Koreya lideri baş memarı edam etdirdi – ŞOK
Bizi izləyin

Dünya

Şimali Koreya lideri baş memarı edam etdirdi – ŞOK

Şimali Koreya lideri Kim Conq İn ölkəsinin baş memarı və böyük dövlət layihələrinin icraçısı olmuş Ma Von Şunu edam etdirib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə “The Diplomat” internet portalı xəbər yayıb.

Məlumata görə, Ma Von Şun paytaxt Pxenyanda inşa edilən yeni hava limanının baş memarı olub: “Onun rəhbərlik etdiyi bu tikinti layihəsi yekunlaşandan sonra, Şimali Koreya lideri Kim Conq İn binanı bəyənməyib və baş memar öldürülüb. Ancaq çoxları baş memarın ölümündən xəbərsiz olub. İctimaiyyət baş memarın ölüm xəbərini Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyinin hazırladığı materialdan sonra öyrənə bilib. Belə ki, xəbər agentliyinin hazırladığı materialdakı fotolarda Kim Conq İn və onun yoldaşının baxış keçirdiyi fotolarda baş memar yer almayıb.

Daha sonra Şimali Koreya hökumətindən Ma Von Şunun yoxluğu ilə bağlı açıqlama yayılıb. Açıqlamada Ma Von Şununun fəaliyyətində ciddi korrupsiya və israfçılığa yol verdiyi və buna görə vəzifəsindən kənarlaşdırıldığı qeyd olunub”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm