İŞİD Türkiyə ilə "xəndək döyüşü"nə hazırlaşır - FOTO
Bizi izləyin

Dünya

İŞİD Türkiyə ilə "xəndək döyüşü"nə hazırlaşır - FOTO

Türkiyə ordusunun Suriyaya müdaxilə ehtimalının gündəmə gəlməsi İŞİD terror təşkilatını hərəkətə gətirib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, müdaxiləyə cavab verməyə hazırlaşan terror təşkilatı nəzarət etdiyi Suriyanın Cerablus vilayətində sərhəd boyu xəndəklər qazır.

Xəndəklərin ətrafına isə minaların döşəndiyi xəbər verilir. Daha əvvəl 3-ü qadın olmaqla 7 İŞİD üzvünün xəndək və minaların döşənməsi yeri müəyyənləşdirdiyi deyilir. Terror təşkilatının hərəkətləri Türkiyənin Karkamış sərhəd qapısından aydın şəkildə müşahidə edilir.

İŞİD üzvlərinin sərhəd xəttindəki bəzi evlərin ətrafına da xəndəklər qazdığı bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm