Yunanıstanın borcu ilə bağlı yeni TƏKLİF
Bizi izləyin

Dünya

Yunanıstanın borcu ilə bağlı yeni TƏKLİF

Xalqların Demokratik Partiyasının (HDP) İzmirdən olan millət vəkili Ərtoğrul Kürkçü Yunanıstanın iyunun 30-una kimi ödəməli olduğu 1,6 milyard avroluq borcun Türkiyə tərəfindən ödənilməsini təklif edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, millət vəkilinin sözlərinə görə, Türkiyə bununla da yunan xalqının dostluğunu qazana və Egey dənizini sülh dənizinə çevirmə imkanı əldə edə bilər.

HDP-li millət vəkili qeyd edib ki, Türkiyənin maliyyə qaynaqları Yunanıstana bu yardımı etməyə kifayət edir. Ərtoğrul Kürkçünün fikrincə, Türkiyə bu borcu sıfır faizlə də Yunanıstana verə bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm