Dəməşq Amerikanı ittiham etdi: “İŞİD-ə milyardlarla dollar ayırır”
Bizi izləyin

Dünya

Dəməşq Amerikanı ittiham etdi: “İŞİD-ə milyardlarla dollar ayırır”

Moskvada səfərdə olan Suriya xarici işlər naziri Velid Muallim ABŞ-ı terrorçuları dəstəkləməkdə ittiham edib.

Publika.az RİA agentliyinə istinadən xəbər verir ki, Velid Muallim rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirdikləri birgə mətbuat konfransında ABŞ-ın terrorçuların təlimi üçün milyardlarla dollar xərclədiyini bildirib.

O, İŞİD terror təşkilatının da ABŞ tərəfindən maliyyələşdirildiyini iddia edib: “ABŞ Suriya böhranının siyasi yollarla həll edilməsini istədiyini bildirir. Eyni zamanda terrorçulara milyardlarla dollar ayırır. Suriyanın cənubuna doğru 2100 silahlı terrorçu keçib. ABŞ bu terrorçulara verdiyi dəstəyini gizlətmir”.

Rusiya xarici işlər naziri də öz növbəsində Suriyanı dəstəkləməkdə davam edəcəklərini dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm