Dünya
Türkiyə ordusu Suriyaya girərsə...
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəhbəri
İlkər Bağbuğ Suriyaya ordu yeridilməsinin düzgün olmadığını
bildirib.
ANS PRESS-in məlumatına görə, general Türkiyə qoşunlarının Suriya,
İran, Rusiya və ABŞ-la razılaşma əldə etdikdən sonra Suriyaya daxil
olmasının düzgün olduğu qənaətindədir. Əks təqdirdə Suriyaya qoşun
yeridlməsinin Türkiyə üçün çox ağır fəsadlarının olacağını
deyib.
"Suriya ilə aramızda 911 kilometrlik sərhəd xətti var. Ancaq Suriya
sərhədində indi PYD, İŞİD, Azad Suriya Ordusu, "Əl Nursa" kimi
qruplar var. Belə bir vəziyyət ölkə təhlükəsizliyi baxımından son
dərəcə dəhşətlidir. Ölkəmizin çox gecikmədən artıq Suriya ilə
münasibətləri normallaşdırması şərtdir. Bu belə getməz. Əgər,
Suriya torpaqlarında bir etibarlı bölgə yaratmaq istəyiriksə, bunun
üçün əvvəlcədən mütləq Dəməşqlə təmas qurmağımız lazımdır".
İlkər Başbuğun sözlərinə görə, suriyaya ordu yeritmək üçün
beynəlxalq hüquqa əməl olunmalıdır: "Əsgərə "gir" deyərsiniz, əsgər
girər. Bundan sonra bir daha oradan çıxa bilərikmi? Ayrıca bunun
siyasi, beynəlxalq ölçüsü var. İki addım sonrasını düşünmək
lazımdır".
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR