Siyasətçilərlə mafiyanın əlaqələri aşkarlandı
Bizi izləyin

Dünya

Siyasətçilərlə mafiyanın əlaqələri aşkarlandı

“Four Corners” proqramı və “Fairfax” media holdinqi İtaliyanın "Ndranqeta” mafiya şəbəkəsi ilə Avstraliyanın yüksək vəzifəli siyasətçiləri arasındakı əlaqələri aşkar edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avstraliyanın ABC kanalı bildirib.

Jurnalistlərin məlumatına görə, cinayətkar qruplaşma ölkənin böyük partiyaları olan liberallar və leyboristlər vasitəsilə parlamentdəki maraqlarını qoruyub. Bundan başqa, “Four Corners” proqramında iddia edilir ki, mafiyanın boslarından birinin oğlu səfir Amanda Vanstonun nəzarəti altında Avstraliyanın Romadakı səfirliyində təcrübə keçib.

Bundan başqa, Vanstonun özü cinayətkar qruplaşmanın lideri üçün vizanın alınmasına imkan yaradıb.

“Ndranqeta” kriminal sindikatı dünyada ən güclü cinayətkar təşkilatlardan biri hesab olunur. Cinayət təşkilat İtaliyanın cənubunda yerləşən və ölkənin ən kasıb vilayəti olan Kalabriyada yaradılıb. Qruplaşmanın bütün dünyada 6 minə qədər üzvünün olduğu bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm