Bütün ölkə tarixi xəzinənin axtarışlarına başladı - FOTO
Bizi izləyin

Dünya

Bütün ölkə tarixi xəzinənin axtarışlarına başladı - FOTO

Yunanıstan 323 milyard avroluq borcunu ödəmək üçün xəzinə axtarışlarına çıxıb.

Publika.az xəbər verir ki, “Live Science” nəşrində yayımlanan bir yazıya görə, Afinada yerləşən tarixi məbəd Akropolisin altında tarixi gümüş sikkələr var.

Dəyəri milyardlarla avro olduğu təxmin edilən sikkələrin Yunanıstanın xarici borcunun ödənilməsinə kömək olacağı bildirilir. Sikkələrin tam olaraq harada olduğu bəlli deyil. Lakin eramızın 433-ci ilinə aid olan bir tarixi qeydə görə, 3 min ədəd tarixi pul Akropolisdə saxlanılır.

Araşdırmaçıların “Live Science”yə verdiyi açıqlamaya görə, Akropolisdəki pulların bir hissəsi qızıl ola bilər. Antik Yunanıstanda 1 qızıl sikkə 14 gümüş sikkə dəyərində idi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm