Gümrünün “Tarif Meydanı” başa çatdı
Bizi izləyin

Dünya

Gümrünün “Tarif Meydanı” başa çatdı

Ermənistanın Gümrü şəhərinin Teatr Meydanında elektrik enerjisinin tarifinin artımına qarşı keçirilən 9 günlük etiraz aksiyası başa çatıb.

Publika.az “news.am” saytına istinadən xəbər verir ki, bu barədə nümayişçilərdən biri Armen Nersisyan bildirib.

Etiraz aksiyasının iştirakçıları mübarizənin formasını dəyişdirməyə qərar veriblər. Bundan sonra hər gün yürüş keçiriləcək.

“Biz mübarizəni başa çatdırmadıq. Etiraz aksiyasının iştirakçılarının bir hissəsi vəziyyətin müzakirəsi üçün İrəvana yola düşüb. Sonrakı hərəkətlər İrəvanda keçiriləcək görüşlərdən sonra müəyyən ediləcək”, - Armen Nersisyan deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm