“Tarif Maydanı” yeni müstəvidə: liderlər önə çıxır
Bizi izləyin

Dünya

“Tarif Maydanı” yeni müstəvidə: liderlər önə çıxır

İrəvanda keçirilən “Talana yox!” etiraz aksiyasının təşəbbüs qrupu Azadlıq Meydanındakı aksiyanı dayandırıb.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə təşəbbüs qrupunun üzvü Maksim Marqaryan bildirib.

Bu gün təşəbbüs qrupunun mətbuat konfransı keçiriləcək. Mətbuat konfransında növbəti planlar açıqlanacaq.

Aksiyanın liderlərindən olan Vaqinak Şuşanyan əlavə edib ki, mübarizə yeni müstəviyə keçir. Nümayişçilər iqtisadçılar və hüquqşünaslardan ibarət ekspertlər qrupu yaratmaq niyyətindədir. Qrup hakimiyyətə təqdim olunması üçün konkret təklifləri hazırlamalıdır.

Xatırladaq ki, iyunun 28-də etiraz aksiyasının iştirakçıları iki qrupa bölünüb. Onların bir hissəsi Azadlıq Meydanına gəlib, ancaq əksəriyyət Baqramyan prospektində qalıb. Hazırda prospektdə aksiya davam edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm