Təyyarə hotelin üzərinə düşdü: 113 ölü – FOTOLAR (YENİLƏNİB)
Bizi izləyin

Dünya

Təyyarə hotelin üzərinə düşdü: 113 ölü – FOTOLAR (YENİLƏNİB)

Qəzada ölənlərin sayı 113 nəfərə çatıb. İndoneziya Hərbi Hava Qüvvələrinin başçısı İmam Sufaatın sözlərinə görə, təyyarədə olan 113 nəfərdən heç kim sağ qalmayıb.

Hərbi hava güclərinin nümayəndələri həmçinin qeyd ediblər ki, hərbi təyyarənin hotelin üzərinə düşməsinin səbəbi mühərrikdə yaranan problem ola bilər. Ekspertlər də öz növbəsində bildiriblər ki, pilot qəzadan əvvəl təyyarənin mühərrikindəki problemlə əlaqədar bazaya geri qayıtmaq istədiyini dispetçerlərə söyləyib.

Şahidlərin sözlərinə görə, təyyarə havada hotelin üstündə partlayıb.

12:21

İndoneziya ordusuna aid təyyarə Sumatra adasındakı hotel və evlərin üzərinə düşüb.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı ən azı 30 nəfərin həyatını itirdiyi açıqlanıb.

Axtarış-xilasetmə qrupunun səlahiyyətlisi ölü sayının arta biləcəyini deyib. İndoneziyanın ən böyük üçüncü şəhəri Medana düşən “Hercules C-130” tipli təyyarədə 12 heyət üzvü olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm