Bu gün TBMM-də “döyüş” başlayır
Bizi izləyin

Dünya

Bu gün TBMM-də “döyüş” başlayır

Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədrliyinə seçkilərin ilk iki turu keçiriləcək.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, parlamentdə təmsil olunan hər 4 partiya seçkilərə öz namizədi ilə qatılacaq.

Seçkilərin ilk iki turunda sədr seçilmək üçün 367 millət vəkilinin səsinə ehtiyac olacaq. Bu isə AKP ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) uzlaşacağı halda mümkündür. Çünki yalnız iki partiyanın parlamentdəki yerlərin sayı 367-dən çoxdur. Seçkilərin ilk iki turunda sədr seçilməsə, üçüncü turda 276 səsə ehtiyac olacaq. Bu turda diqqətlər AKP-Milliyyətçi Hərəkat Partiyası (MHP), AKP-Xalqların Demokratik Partiyası (HDP), yaxud da CHP-MHP-HDP uzlaşmasına yönələcək. Üç müxalifət partiyasının ümumilikdə sahib olduğu 292 mandat AKP-ni oyundan kənara itələmək üçün kifayət edir. Amma MHP ilə HDP arasında barışmaz münasibətlərin olması bu versiyanı arxa plana atır.

AKP ilə müxalifət partiyaları arasında razılaşmanın olmayacağı halda dördüncü tur keçiriləcək. Bu turda üçüncü turda ən çox səs qazanan iki namizəd iştirak edəcək və adi səs çoxluğu əldə edən namizəd sədr seçiləcək.

Partiyaların parlament sədrliyinə namizədləri bəllidir. AKP-nin TBMM-nin sədrliyinə namizədi Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz olub. Dəniz Baykal CHP, Dengir Mir Mehmet Firat HDP, Ekmeleddin İhsanoğlu isə MHP-nin namizədidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm