Azərbaycanlı milyarder ABŞ-ın “qara siyahı”sında
Bizi izləyin

Dünya

Azərbaycanlı milyarder ABŞ-ın “qara siyahı”sında

ABŞ-ın Maliyyə Nazirliyi yanında Xarici Aktivlərə Nəzarət İdarəsi (Office of Foreign Assets Control - OFAC) Rusiyanın neft-qaz şirkətləri barədə yeni sanksiyaların qüvvəyə mindiyini elan edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, sənəd OFAC saytında dərc edilib.

“Qazprom”, “Lukoyl”, “Transneft”, “Qazprom neft” və "Surqutneftqaz” şirkətləri ilk dəfə sanksiyalar siyahısına salınıb. Məhdudlaşdırıcı ölçülər dərin sular və Arktika şelfində, həmçinin şist qatlarında karbohidrogen ehtiyatların mənimsənilməsi üçün istifadə edilən mallar və texnologiyaların Rusiyanın neft-qaz şirkətlərinə satışını qadağan edir.

Dünən isə Kanada Rusiyanın 14 hüquqi və 3 fiziki şəxsinə qarşı iqtisadi sanksiyalar tətbiq edib. Kanadanın “qara siyahısı”nda azərbaycanlı Vahid Ələkbərovun prezidenti olduğu “Lukoyl” neft şirkəti yer almayıb. Kanada “Qazprom”, “Qazprom neft”, “Surqutnefteqaz”, “Transneft” şirkətlərinə sanksiyalar tətbiq edib.

Avropa Birliyi, ABŞ və Kanada 2014-cü ilin yazından başlayaraq, Ukraynada vəziyyətlə əlaqədar Rusiyaya qarşı sanksiyaları tətbiq etməyə başlayıb. Rusiyaya qarşı məhdudlaşdırıcı ölçülər 22 iyun 2015-ci ildə Avropa Birliyi tərəfindən uzadılıb. Rusiyanın Xarici İşlər Nazirliyi bu qərarı “abırsız və rusofob” addım adlandırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm