Nemtsovun qatillərindən biri Çeçenistana qayıtdı
Bizi izləyin

Dünya

Nemtsovun qatillərindən biri Çeçenistana qayıtdı

Rusiyanın müxalif siyasətçisi Boris Nemtsovun qətlinin mümkün təşkilatçısı kimi axtarışda olan “Şimal” batalyonunun keçmiş hərbi qulluqçusu Ruslan Qeremeyev Rusiyaya qayıdıb.

Publika.az xəbər verir ki, bu barədə “Rosbalt” agentliyinə cinayət işi ilə tanış olan mənbə bildirib.

Tədqiqatçıların məlumatına görə, Qeremeyev Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) qaçmışdı. Agentliyin hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına əsasən, hazırda olan informasiya görə, şübhəli şəxs Çeçenistan Respublikasının dağlıq kəndlərindən birindədir.

“Rosbalt” qeyd edir ki, cinayət işinin materiallarına daxil olan videoyazılarda cinayətin bütün güman edilən iştirakçıları, xüsusi halda Zaur Dadayev və Ruslan Qeremeyev təsvir edilib. Videoyazılar 28 fevral və 1 mart tarixlərində aeroportun müşahidə kamerası tərəfindən qeydə alınıb.

Qeyd edək ki, Nemtsov fevralın 27-də axşam saatlarında Kreml yaxınlığında, Moskva çayı üzərindəki körpüdə qətlə yetirilib. Martın 8-də Moskvanın Basman rayon məhkəməsi Boris Nemtsovun qətlində şübhəli bilinən beş nəfərin həbs olunması barədə qərar çıxarıb.

Zaur Dadayevə və Anzor Qubaşevə cinayət işi üzrə ittiham irəli sürülüb. Cinayət işində əsas fiqur Çeçenistan Respublikasının Daxili İşlər Nazirliyinin daxili qoşunlarının “Şimal” batalyonun komandirinin sabiq-müavini Zaur Dadayev hesab olunub. Digər üç nəfər – Qubaşevin qardaşı Şahid, Tamerlan Əskərxanov, Xamzad Baxayev və axtarışda olan Ruslan Qeremeyev hələlik şübhəli hesab olunurlar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm