İsrail Türkiyənin qonşusu olacaq – ŞOK İDDİA
Bizi izləyin

Dünya

İsrail Türkiyənin qonşusu olacaq – ŞOK İDDİA

Son vaxtlarda etdiyi çıxışlarla diqqət çəkən Cübbəli Əhməd Hoca “Vahdet” nəşrində dərc etdirdiyi yazısında Suriyanın şimalında baş verənləri şərh edib.

Publika.az xəbər verir ki, PKK və PYD terror təşkilatlarının İsrailə xidmət etdiyini iddia edən Əhməd Hoca Türkiyə sərhədlərində ikinci bir İsrail dövlətinin qurulacağını bildirib.

“PYD və PKK kimi təşkilatlar İsrailə xidmət edir. Bunlar türkmənləri və ərəbləri didərgin salaraq kantonlar yaradırlar. Kantonları birləşdirərək Suriyada kürd dövlətini quracaqlar. Bunlar Amerikanın planlarıdır. Böyük Yaxın Şərq layihəsi, ikinci İsrail dövləti… PYD və PKK tamamilə İsrailə bağlıdır. İsrail Türkiyə ilə qonşu olacaq”, - Əhməd Hoca qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm