TBMM sədrliyinə seçkilərin ikinci turunun nəticələri açıqlandı (YENİLƏNİB)
Bizi izləyin

Dünya

TBMM sədrliyinə seçkilərin ikinci turunun nəticələri açıqlandı (YENİLƏNİB)

Seçkilərin ikinci turunun nəticələri açıqlanıb. Dəniz Baykal 128, Ekmeleddin İhsanoğlu 80, Dengir Mir Mehmet Fırat 80, İsmət Yılmaz isə 256 səs qazanıb.

Bununla da ilk iki turda lazım olan 367 səsi heç bir partiyanın namizədi toplaya bilməyib. Seçkilərin üçüncü turu sabah keçiriləcək

19:50

Seçkilərin ilk turunun nəticələri açıqlanıb. Dəniz Baykal 125, Ekmeleddin İhsanoğlu 81, Dengir Mir Mehmet Fırat 81, İsmət Yılmaz isə 256 səs qazanıb.

Seçkilərin ilk turunun nəticələrinin açıqlanmasından dərhal sonra ikinci turda səsvermə başlayıb.

17:48

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədrliyinə seçkilər başlayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, yerli vaxtla saat 15:00-da başlayan seçkilərin ilk iki turu bu gün keçiriləcək.

İsmət Yılmaz AKP, Dəniz Baykal CHP, Dengir Mir Mehmet Firat HDP, Ekmeleddin İhsanoğlu isə MHP-nin namizədidir. Seçkilərin ilk iki turunda hansısa namizədin qələbə qazanacağı gözlənilimir.

Sabah keçiriləcək üçüncü turda 276 səs TBMM sədri seçilmək üçün kifayət edəcək. Bu turda da nəticə əldə olunmasa, dördüncü turda adi səs çoxluğu tələb ediləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm