İŞİD Tunisə yarım milyard dollar zərər vurdu
Bizi izləyin

Dünya

İŞİD Tunisə yarım milyard dollar zərər vurdu

Tunisin Sus şəhərində törədilən terror aktına görə ölkənin turizm sektorunun zərəri təxminən 515 milyon dollar təşkil edəcək.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Tunisin turizm naziri Salma Lumi bildirib.

“Terror aktı iqtisadiyyata böyük təsir göstərdi, turizm sektorunun itkiləri böyük olacaq”, - idarənin başçısı deyib.

Agentliyin məlumatına görə, ötən il Tunisin turizm sektoru 1,95 milyard dollar gəlir əldə edib. Bu isə ölkənin ümumi daxili məhsulunun 7 faizi deməkdir.

Xatırladaq ki, iyunun 26-da Tunisin Sus şəhərində yerləşən Əl-Kantaui kurortundakı “İmerial Marhaba” hotelinin çimərliyinə daxil olan silahlı şəxs burada istirahət edən turistlərə atəş açmağa başlayıb. Nəticədə 40 nəfər ölüb, 40-ı isə yaralanıb. Ölənlərin əksəriyyəti britaniyalı turistlərdir. Həmçinin ölənlərin arasında Almaniya, Portuqaliya, İrlandiya və Belçikadan olan turistlər də var.

Hücumu təşkil edən 1992-ci il təvəllüdlü tələbə Seyfuddin Ar-Rezki hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb.

Hücuma görə, məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm