Sələfilər "Müsəlman Qardaşları"nı terrorçu qrupu elan etdi
Bizi izləyin

Dünya

Sələfilər "Müsəlman Qardaşları"nı terrorçu qrupu elan etdi

Sələfilər "Müsəlman Qardaşları"nı terrorçu qrupu elan etdi

Səudiyyə Ərəbistanı "Müsəlman Qardaşları"nı rəsmən terrorçu qrup elan edib.Ölkənin Daxili İşlər Nazirliyinə istinad edilən bəyanat dövlət televiziyası vasitəsilə açıqlanıb.

Krallıq ehtiyat edir ki, qrupun mühafizəkar sünni doktrinası Səudiyyənin sülalə hakimiyyətinə hədə yarada bilər. Qrup eləcə də, Səudiyyədə Ərəb Baharı inqilablarına dəstək əldə etməyə çalışıb.

Misirdə sabiq prezident Hüsni Mübarəkin hakimiyyəti dövründə təqiblərə məruz qalan "Müsəlman Qardaşları" liderləri Məhəmməd Mursinin devrilməsindən və hərbiçilərin hakimiyyəti ələ almasından sonra fəaliyyətlərini gizli davam etdirməyə başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm