Erməni etirazçılar koordinasiya qrupu yaratdı
Bizi izləyin

Dünya

Erməni etirazçılar koordinasiya qrupu yaratdı

İrəvanın Baqramyan prospektində elektrik enerjisinin bahalaşmasına qarşı keçirilən etiraz aksiyasının iştirakçıları koordinasiya qrupu yaradıblar.

Publika.az “news.am” saytına istinadən xəbər verir ki, koordinasiya qrupunun üzvü Narek Ayvazyan aksiyada iştirak edən qrupların işini əlaqələndirəcəklərini deyib.

Koordinasiya qrupu həmçinin operativ reaksiya qruplarının yaradılması, ictimai asayişə riayət edilməsi, hüquqi, iqtisadi və texniki məsələlərlə məşğul olacaq. Qrup 10 nəfərdən ibarətdir.

Hazırda Baqramyan prospektində vəziyyətin sakit olduğu bildirilir. Musiqi söndürülüb, nümayişçilər intellektual oyunlar oynayır və müzakirələr aparırlar.

Xatırladaq ki, Baqramyan prospektində 22 iyun tarixindən etiraz aksiyası keçirilir. İyunun 23-də polis nümayişçilərə qarşı güc tətbiq edib, 237 nəfər həbs olunub. Amma həmin axşam etiraz aksiyası yenilənib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm