Ankaranın “qırmızı xətti”: Ordu əmr gözləmədən hərəkət edəcək
Bizi izləyin

Dünya

Ankaranın “qırmızı xətti”: Ordu əmr gözləmədən hərəkət edəcək

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının (MTŞ) iki gün əvvəl keçirilən iclasında qəbul olunan qərarların detalları məlum olub.

Publika.az “Milliyyət” nəşrinə istinadən xəbər verir ki, iclasda Milli Kəşfiyyat İdarəsi (MİT), Baş qərargah və Xarici İşlər Nazirliyi əlindəki məlumatları MTŞ üzvləri ilə paylaşıb.

İclasda Türkiyənin “qırmızı xətt”ləri dəqiqləşdirilib. Belə ki, PYD-nin (PKK terror təşkilatının Suriyadakı qolu) Firat çayının qərbindəki Cerablus mahalındakı hərbi əməliyyatları, həmçinin rejim güclərinin şimala doğru yeni köç dalğasını yaradacaq hərəkətləri Türkiyənin “qırmızı xət”lərinin pozuntusu kimi xarakterizə ediləcək.

MTŞ-nin iclasında qəbul olunan qərara görə, PYD “qırmızı xətt”i keçəcəyi halda Türkiyə Silahlı Qüvvələri ikinci bir əmr gözləmədən hərəkətə keçəcək.

Məlumata görə, MTŞ-nin iclasında verilən mesajlar artıq Suriyadakı güclər tərəfindən qəbul edilib. PYD-nin Cerablus istiqamətində hərbi hazırlığının müşahidə edilmədiyi, İŞİD terror təşkilatının sərhədboyu aktivliyinin azaldığı və rejim güclərinin İdlib vilayətinin şimalından Lazikiyeyə doğru çəkildiyi bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm