Kremlə şok cavab: “Rusiyanın dövlət kimi legitimliyi şühhəlidir”
Bizi izləyin

Dünya

Kremlə şok cavab: “Rusiyanın dövlət kimi legitimliyi şühhəlidir”

Rusiya Federasiyasının mövcudluğunun qanuniliyi 1917-ci ildə çarın devrilməsi ilə əlaqədar şübhəlidir”.

Publika.az “Delfi” agentliyinə istinadən xəbər verir ki, bu sözləri 1990-1992-ci illərdə Litva Ali Sovetinin sədri olan Vitautas Landsberqis deyib.

“Bizim siyasətlərimiz, Litva Seyminin üzvləri Rusiyanın qanuniliyinin yoxlanılması haqqında sorğu ilə ölkənin Baş prokurorluğuna müraciət edə bilərlər. Çünki Rusiya qanunsuzdur, o çarı devirdi, onun uşaqlarını öldürdü. Rusiyanın dövlət kimi legitimliyi şühhəlidir”, - litvalı siyasətçi bildirib.

Qeyd edək ki, Rusiya Baş prokurorluğu SSRİ Dövlət Şurası tərəfindən Baltikyanı respublikaların müstəqilliyinin tanınması ilə bağlı verilən qərarın qanuniliyini yoxlamağa başlayıb. SSRİ Dövlət Şurasının 1991-ci ildə verdiyi qərarın qanunauyğunluğunun yoxlanılması xahişi ilə “Vahid Rusiya” Partiyasının deputatları Yevgeni Fyodorov və Anton Romanov müraciət ediblər.

SSRİ Dövlət Şurası 5 sentyabr 1991-ci il yaradılan müvəqqəti dövlət idarəetmə orqanıdır. Onun tərkibinə SSRİ prezidenti və müttəfiq respublikaların ən yüksək vəzifəli şəxsləri daxil idi. Dövlət Şurasının yaradılması SSRİ-nin Konstitusiyası ilə nəzərdə tutulmamışdı. Dövlət Şurasının birinci iclasında Baltikyanı respublikalar - Latviya, Litva və Estoniyanın müstəqilliyi tanınıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm