Rus ordusu Krımda sərhəd məntəqəsini ələ keçirdi
Bizi izləyin

Dünya

Rus ordusu Krımda sərhəd məntəqəsini ələ keçirdi

Rus ordusu Krımda sərhəd məntəqəsini ələ keçirdi

Rus hərbçiləri Krımda “Şyolkino” sərhəd məntənəsini ələ keçiriblər. Musavat.com xəbər verir ki, ukraynalı sərhədçilər məntəqədən çıxarılıb. Məlumatı Ukraynanın Sərhəd Xidməti yayıb.

Rusiyalı xüsusi təyinatlılar sərhəd məntəqəsinə gecə soxulublar. Onlar sərhəd naryadının müqavimət göstərən komandarini döyüblər. Daha sonra rus əsgərlər silahların saxlandığı otağı tutublar.

Ukrayna Sərhəd Xidmətinin məlumatına görə, rus hərbçiləri sərhədçilərin və ailələlirinin yaşadığı mənzillərə də soxulublar. Onlar sərhəd xidməti şöbəsinin rəisinin və həyat yoldaşının, eləcə də, digər zabitlərin mobil telefonlarını alıblar. Silah hədəsi ilə sərhədçi ailələri mənzillərdən çıxarılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm