“Facebook” bu ölkədə ilk dəfə ofis açdı
Bizi izləyin

Dünya

“Facebook” bu ölkədə ilk dəfə ofis açdı

“Facebook” şirkəti Afrikada ilk ofisini açıb. Ofis CAR-ın Yohannesburq şəhərində yerləşir.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, şirkətin Afrika bölməsinə Nunu Ntşinqila rəhbərlik edəcək və orada 25 nəfər çalışacaq.


Şirkət əsasən Keniya, Nigeriya və CAR-da fəaliyyət göstərəcək. Ofis, həmçinin Seneqal, Kot-d’İvuar, Qana, Tanzaniya, Uqanda, Zambiya, Mozambik və Efiopiyada istifadəçi və elan verənlərlə işləyəcək. Mobil reklam sahəsində elan verənlərlə “Facebook”un münasibətlərinin möhkəmləndirilməsi başlıca istiqamət olacaq. Bu, Afrika ölkələri üçün ən uyğun formatdır. Çünki orada “Facebook” istifadəçilərinin 80 faizi sosial şəbəkəyə mobil qurğulardan daxil olur.


2015-ci ildə Afrika ölkələrindən “Facebook” istifadəçilərinin sayı ötən ilin sentyabr ayı ilə müqayisədə 120 milyon təşkil edib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm