5 dollar ödə, meri vur
Bizi izləyin

Dünya

5 dollar ödə, meri vur

ABŞ-ın Van Meter (Ayova ştatı) şəhərində hökumət üzvləri sakinlərə “əlverişli” fürsət yaradıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, şəhər sakinlərinə lotereya təklif olunub. Mükafat qismində sakinlər şəhər şurasının nümayəndəsi Bob Leysi və ya şəhər meri Ceyk Andersonu polis elektroşoku ilə vurmaq imkanı qazanır.

Bu fürsəti əldən verməmək üçün sakinlər əvvəlcə 5 dollara lotereya bileti almalıdır. Lotereyadan əldə olunan pullar ictimai təhlükəsizliyin təminatı üçün avadanlıqların alınmasına xərclənəcək. Hüquq mühafizə orqanlarının verdiyi məlumata görə, əldə olunan pula polis maşını və sürət radarı alınacaq.

Şəhər meri hüquq mühafizə orqanlarının əməkdaşları ilə görüşdə belə bir ideyaya gəlib. Andersonun sözlərinə görə, lazımı pulu toplamaq üçün o, özünü qurban verməli olub. Bundan əlavə, Anderson qeyd edib ki, onu heç vaxt elektroşokla vurmayıblar. Mer etiraf edib: “Güman edirəm ki, çox ağrılı şeydir”.

Polislər isə bildirib ki, elektroşokun zərbəsindən qorxmaq lazım deyil. Onların fikrincə ən pisi bibər qazıdır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm