Peşmərgənin İŞİD-in minasına düşdüyü anlar – VİDEO
Bizi izləyin

Dünya

Peşmərgənin İŞİD-in minasına düşdüyü anlar – VİDEO

İnternetdə yayılan videolardan birində müharibənin dəhşətləri bir daha göz önünə gəlir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İŞİD terror qruplaşmasının nəzarəti altında olan İraqın Mosul şəhərinin yaxınlığında bir peşmərgənin minaya düşməsi qeydə alınıb.

Görüntülərə görə, peşmərgə qrupuna liderlik edən döyüşçü təpəyə qalxan zaman ayağını İŞİD-in yerləşdirdiyi minanın üstünə qoyur və minanın partlaması ilə ətrafı qalın tüstü bürüyür. Ancaq sanki möcüzə baş verir və peşmərgə bir müddət sonra dağılmağa başlayan tüstünün arasından sürünərək çıxır.

Şoka düşən və yaralanan peşmərgə çətinliklə ayağa qalxaraq yoldaşlarının yanına gedir. “Təhlükəli heç nə yoxdur” desə də, peşmərgə bir neçə addım atdıqdan sonra huşunu itirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm